Çatdırılma və Ödəniş
Hazır məhsulların çatdırılması
Həm ölkə üzrə, həm də dünyanın istənilən nöqtəsinə məhsullarınızın çatdırılmasını təşkil edirik. Tələb olunan istehsalat icazələri, sertifikatlar və düzgün qiymət siyasəti bizi xarici reklam avadanlığı istehsalçıları ilə rəqabət aparmağa imkan yaradır.
Çatdırılma xərcləri müqavilə bağlandığı zaman müzakirə olunur və digər logistika şirkətləri ilə müqayisədə daha rəqabətli olur.
Ödəniş şərtləri
Müştərilərimiz ilə uyğun və düzgün tərtib edilmiş maliyyə münasibətləri bizə bir neçə növ ödəniş və hesablaşma əməliyyatlarının qurulmasına şərait yaradır. Biz təkcə ilkin ödənişlə deyil, həm də iri miqyaslı layihələrdə 90 günə kimi təhvildən sonra ödəmə şərtlərini tətbiq ebə bilirik.
Qurduğumuz təcrübəyə əsaslanan peşəkar iş prinsipi kiçik, orta və hətta böyük reklam şirkətləri üçün istehsalat bazası rolunu oynayır. Kreativ reklam agentlikləri şirkətimizin reklam məhsulları və ticarət avadanlıqları sektorundakı istehsalat gücündən və təcrübəsindən yararlanıb sifariş verərək öz müştərilərinə yekun məhsul təqdim etmək kimi imkanlardan faydalanırlar.
Müştəri dəstəyi
Peşəkar komandamız bütün suallarınızı cavablayacaq.
Ödəniş və Zəmanət
Uyğun şərtlər və qiymətlər tərtib edərək istehsal etdiyimiz məhsullara zəmanət veririk.
Peşəkar yanaşma
Sizə doğru seçim etməkdə dəstək oluruq.
Çatdırılma və Quraşdırılma
İstəyə uyğun olaraq istənilən ünvana çatdırılma və quraşdırılma da təklif edirik.