FAQ - Tez-tez verilən suallar
İstehsal etdiyimiz məhsullar standart və qeyri-standart olmaqla 2 kateqoriyaya alır. Müəyyən standart məhsullar öncədən stokda olduğu kimi ölçü, forma, say və.s parametrlərə görə əksər məhsullar sifariş verildikdən sonra istehsal olunur.
Çap üçün hazır dizayn təqdim etməyən müştərilərimiz üçün istəyinə uyğun olaraq ödənişli dizayn da tərtib edirik.
Həmçinin fərqli materiallar üzərində geniş çeşidli çap xidməti göstərə bilirik.
Müştərinin istəyinə uyğun olaraq istənilən ünvana çatdırılma və quraşdırılma da təklif edirik.
Sifariş üçün sorğu daxil olduqdan sonra ardıcıllığa uyğun olaraq həmin sorğu müəyyənləşdirilir və emal edilməsi üçün uyğun departament əməkdaşlarına yönləndirilir. Sorğu dəyərləndirildikdən sonra detalları tərtib edilir, müzakirə və təsdiq prosesindən sonra isə istehsalata yönləndirilir. Məhsulun istehsalı tamamlandıqdan sonra isə keyfiyyətə nəzarət və qablaşdırma prosedurları icra olunaraq müştəriyə məhsulun hazır olması haqqında məlumat təqdim edilir.